Qəzaya uğrayan təyyarədəki Azərbaycan vətəndaşlarının SAYIbackend
Cəmiyyət
177

Qəzaya uğrayan təyyarədəki Azərbaycan vətəndaşlarının SAYI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan rəhbəri Ramzan Kadırov Aktauda baş verən təyyarə qəzasından 25 nəfərin sağ qurtulduğunu bildirib.

Apress.az xəbər verir ki, Qazaxıstan Fövqəladə Halllar Nazirliyi də eyni məlumatı verib.

Bildirilir ki, Aktau şəhərində təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan 25 nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

AZAL-dan bildirilib ki, təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

“Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə, sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir. Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir”, – açıqlamada qeyd olunub.

Qazaxıstan Nəqliyyat Nazirliyi bildirib ki, ilkin məlumatlara görə, Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində 16 Rusiya, 37 Azərbaycan, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri Aktauda baş verən təyyarə qəzasından sonra yaranan yanğını tam şəkildə söndürüblər. Hazırda hadisə yerində həkimlər fəaliyyət göstərir.

Vəziyyətlə bağlı əlavə məlumat veriləcək.