Qiymətləndiricilər Palatasının web-saytı istifadəyə verilib – AQP rəsmisibackend
Maliyyə

Qiymətləndiricilər Palatasının web-saytı istifadəyə verilib – AQP rəsmisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) rəsmi web-saytı istifadəyə verilib. Yaxın günlərdə sosial media hesabları da istifadəyə veriləcək”.

Bu sözləri APress.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının İntizam Komissiyasının sədri Nahid Həsənov söyləyib.

Palata rəsmisi bildirib ki, AQP-nin strukturlaşması istiqamətində ciddi iş gedir: “Ötən ilin noyabr ayında təsis edilən Azərbaycan Qiymətləndiricilər Palatası strukturlaşma mərhələsini yekunlaşdırmaq üzrədir. Ekspertiza Mərkəzi, müvafiq sahələr üzrə işçi qrupları və komissiyalar təsis olunub. Eyni zamanda Metodoloji Şura da fəaliyyətə başlayıb. Bu şura qiymətləndirmə standartlarının hazırlanması ilə məşğul olacaq. Qiymətləndiricilər arasında qarşılıqlı əməkdaşlığı təşviq etmək üçün meyarlar təsdiq edilib. Paralel olaraq beynəlxalq əlaqələrin gücləndirilməsi, beynəlxalq qiymətləndirmə təşkilatlarında təmsilçilik istiqamətində də mühüm işlər görülür”.

Onun sözlərinə görə, Palata web-saytı və sosial media hesabları vasitəsilə qiymətləndirmə sektoru ilə bağlı təklifləri dinləməyə hazırdır: “Saytda Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda müvəfəqiyyət qazanan və qiymətləndirici şəhadətnaməsini əldə edən qiymətləndiricilərin reyestri dərc edilir. Qiymətləndiricilərin sayı artdıqca siyahıya əlavələr olunacaq. Eyni zamanda qiymətləndirmə ilə bağlı daxil olan sorğular Palatanın müvafiq qurumları tərəfindən cavablandırılacaq. Rəqəmsallaşmaya keçid Palata tərəfindən təmin olunub və bu, informasiyalara çıxışı əlçatan edəcək”. – Həsənov vurğulayır.

Əlavə edir ki, qarşıdakı dövrlə bağlı AQP-nin ciddi planları var: “İctimai hesabatlılıq Palatanın əsas fəaliyyət prinsiplərindən biridir. Fəaliyyətimizdə ciddi yeniliklər gözlənilir və bununla bağlı ictimaiyyətə vaxtaşırı informasiyalar təqdim ediləcək” – deyə, müsahibimiz fikrini yekunlaşdırır.

// Hülya Ağayeva, APress.az