“Qızdırma və öskürək olmur, yalnız boğazağrısı…” – Delta ştammı nə ilə fərqlənir?backend
Cəmiyyət
318

“Qızdırma və öskürək olmur, yalnız boğazağrısı…” – Delta ştammı nə ilə fərqlənir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, dünya miqyasında koronavirusun müxtəlif mutasiyaları, o cümlədən Delta ştammı sürətlə yayılmaqdadır. Azərbaycanda da virusun Delta ştammına yoluxanlar var.

 

Maraqlıdır, Delta ştammının əvvəlki növə xas olmayan hansı xüsusiyyətləri var? Yəni insanlar hansı simptomları hiss etdikdə test verməli, həkimə müraciət etməlidirlər?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan daxili xəstəliklər uzmanı Həbib Sahratov Delta ştammının ilkin əlamətinin boğazağrısı olduğunu deyib:

 

“Hazırda koronavirusun 4-cü dalğasını yaşamaqdayıq. İndi koronavirusa yoluxan şəxslərdə boğazağrısı daha çox müşahidə olunur. Koronavirusun yeni mutasiyasında əvvəlki növlərdən fərqli olaraq, ösükürək və tempratur qalxması kimi hallar görülmür. Delta ştammında daha çox boğazağrısı və başağrısı olur”.

 

Həkimin sözlərinə görə Delta ştammı yaşlılarda özünü fərqli şəkildə göstərir: “Yaşlı insanlar yoluxarkən daha çox halsızlıq və iştahasızlıq simptomları ilə bizə müraciət edirlər. 60 yaşdan yuxarı insanlarda Delta ştammı məhz bu xüsusiyyətlə özünü biruzə verir. Bu ilkin əlamətlərdən sonra isə nəfəs darlığı olur.

 

Bundan başqa bütün yaş kateqoriyalarında həm xəstəlik müddətində həm də sağaldıqda sonra yuxusuzluq simptomları müşahidə edir”.