Qobustan Gənclər Evinin direktoru Anar İrzaquluyev: “Şuşa şəhərində keçirilən “Xarıbülbül” Musiqi Festivalı xalqımızın qalibiyyət rəmzi oldu”backend
Gənclik
82

Qobustan Gənclər Evinin direktoru Anar İrzaquluyev: “Şuşa şəhərində keçirilən “Xarıbülbül” Musiqi Festivalı xalqımızın qalibiyyət rəmzi oldu”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusu 44 gün davam edən İkinci Qarabağ müharibəsində şanlı Qələbə qazanaraq 30 illik işğala son qoydu və ərazi bütövlüyünü bərpa etdi.  Bu qələbə ilə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın yeni tarixinə qızıl hərflərlə adını yazdırdı. 

 

Azərbaycana qarşı başlatdığı hərbi təcavüz nəticəsində Ermənistan Respublikası 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etmiş və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirmişdir. Bütün bunlara baxmayaraq ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. 

 

Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilmişdir. Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilmişdir. 

 

Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması, Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edirdi. 

Biz, Azərbaycan vətəndaşları olaraq sonsuz fərəh hissi keçiririk ki, Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı olması rəsmiləşmişdir. Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi, Qafqazın konservatoriyası olmuşdur. Cənab Prezidentin imzaladığı Sərəncam Şuşa şəhərinin bu statusunun bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət edir. 

 

Bundan əlavə onu da qeyd etmək istəyirəm ki, Cənab Prezident İlham Əliyev Şuşaya səfər edərkən söyləmişdir : “Şuşa işğaldan azad olunandan sonra şəhərin, bütün tarixi binaların bərpa edilməsi prosesinə start verilib. Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Şuşanı işğal etməsi nəticəsində tarixi, mədəni abidələrimiz dağıdılıb, ev muzeyləri qarət edilib. Onların arasında Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı büstləri də var. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir.  Ermənilərin bütün cəhdlərinə baxmayaraq, onlar Şuşanı dünyaya erməni şəhəri kimi təqdim edə bilməmiş, 28 il ərzində buna çalışmış lakin nail ola bilməmişlər. Şuşa ermənilər tərəfindən dağıdılsa da, əyilmədi, əsirlikdə olsa da, öz ləyaqətini itirmədi, erməniləşdirmə cəhdlərinə məruz qalsa da, Azərbaycan ruhunu qoruyub saxlaya bildi”. 

 

32 ildən sonra Cıdır düzündə Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı  Azərbaycan Respublikası Prezidentinin tapşırığı, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən baş tutdu. 

 

Festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edildi, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olundu. 

 

Artıq bundan sonra hər il Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək. Bu, o deməkdir ki, Azərbaycan həm də mədəniyyətini işğaldan azad edib. Bir zamanlar mahnılarımızı, musiqilərimizi oğurlayıb öz adlarına çıxaran ermənilər, Şuşada yallı rəqsiylə qürrələnən mənfur düşmən indi bu mənzərəni görüncə, başqasının haqqına göz dikməyin nə olduğunu dərk etməlidir. Onlar bizim bütün mənəvi irsimizi dağıtmaq, bir hissəsini isə öz adlarına çıxmaq istəyirdilər, lakin mənfur niyyətləri ürəylərində qaldı. 

 

Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Şuşa Azərbaycanın qalibiyyət rəmzidir. Bizim zəfərimiz bütün dünyaya yayılıb. Artıq bu qələbədən dolayı xarici dövlətər bizə daha dərin hörmətlə yanaşır, bizim gücümüzü, qüdrətimizi qəbullanır. Bundan sonra Şuşadan neçə-neçə sənətkar yetişəcək, mədəniyyətimizi və incəsənətdə zəfərimizi dünyaya təqdim edəcək!