Qonşu ölkə pandemiya əleyhinə əlavə məhdudiyyət tətbiq etdibackend
Dünya
340

Qonşu ölkə pandemiya əleyhinə əlavə məhdudiyyət tətbiq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən etibarən Gürcüstanda kafe və restoranlar saat 23:00 əvəzinə saat 22:00-da bağlanacaq.

APress.az xəbər verir ki, bu barədə qərarı Dövlət Qurumlarıarası Koordinasiya Şurası qəbul edib.

Əlavə olaraq, qida obyektlərində pandemiya dövrünün tələblərinə əməl olunmasına ciddi nəzarət davam etdiriləcək.

Digər qərara əsasən, sentyabrın 2-də Batumidə futbol üzrə dünya çempionatının seçim mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan-Kosovo matçına tamaşaçılar buraxılmayacaq.

Qeyd edək ki, qonşu ölkədə ağır epidemioloji vəziyyət hələ də davam edir. COVID-19-a gündəlik yoluxma sayı 5-6 min təşkil edir, ölüm halları isə kəskin artıb.