“Qrip peyvəndi üçün müraciət edənlərin sayı artıb”backend
Cəmiyyət
303

“Qrip peyvəndi üçün müraciət edənlərin sayı artıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“Son vaxtlar qripə qarşı vaksinasiya ilə bağlı müraciət edənlərin sayı artıb”.

“Apress.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis eksperti Təyyar Eyvazov nazirliyin instaqram hesabında canlı yayımda bildirib.

O qeyd edib ki, vaksinasiya zamanı insanlar xəstəliyi yüngün keçirir. Demək olar ki, fəsadlaşma olmur.

Həkim əhaliyə müraciət edib və bildirib ki, uşaqlar bu xəstəliyin risk qrupuna daxildirlər. Uşaqlarda qripə yoluxma olarsa, valideynlər onları izolyasiya etməli, ərtafı yoluxdurmamağa çalışmalıdırlar.

T.Eyvazov həmçinin peyvənd vurdurmaqdan imtina edənlərlə bağlı sualı cavablandırıb: “Düzdür qrip virusları mutasiya edir, ştamların növləri dəyişir. Yay aylarında Ümumdünya Səhiyyə Təşkilatı payız qış mövsümündə regionlarda hansı ştamların olacağını müəyyənləşdirir və vaksinlər təyin edir. Viruslara qarşı bu peyvəndlər effektiv olur. Qeyd edim ki, hamilə qadınlara da bu peyvəndi vurdurmaq olar, bunlar təhlükəsizdir və yan təsirləri yoxdur”.