Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində metalik civə olan zəhərli maddə saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan APress.az-a verilən məlumata görə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı rayonun 2-ci Nügədi kənd sakini Əli Əliyevin üzərinə baxış zamanı 55 qram gümüşü rəngli ağır çəkili maye tərkibinə görə metalik civə olan zəhərli maddə aşkar edilərək götürülüb.
Faktla bağlı istintaq aparılır.