Rafin Bayramov “eManat”a rəhbər təyin olundu – FOTObackend
Maliyyə

Rafin Bayramov “eManat”a rəhbər təyin olundu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda lisenziyalı fəaliyyətdə olan “eManat” və ya hüquqi adı ilə “Modenis” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş icraçı direktoru dəyişib.

Rafin Bayramov elektron pul təşkilatının baş icraçı direktoru təyin edilib.

O bu vəzifədə Ruslan Talıbov Qanboy oğlunu əvəz edib.

Rafin Bayramov 2014-cü ildən bu “Modenis” MMC-nin direktor müavini idi. Bayramov 2004-2010-cu illərdə “Neftçi FK”da maliyyə direktoru, 2010-2013-cü illərdə isə “Modern Hospitaliti” MMC-də direktor müavini kimi işləyib.

Xatırladaq ki, “Modenis” MMC 2012-ci ildə təsis edilib və onun 5.39 mln. manat üzərində nizamnamə kapitalı var. Şirkət “Modern Şirkətlər Qrupuna” daxildir.

// APress.az