Rusiya onu “arzuolunmaz şəxs” elan etdi – Ölkəni tərk etməsi üçün 48 saat verildi!backend
Dünya
301

Rusiya onu “arzuolunmaz şəxs” elan etdi – Ölkəni tərk etməsi üçün 48 saat verildi!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Estoniyanın Sankt-Peterburqdakı konsulu Mart Lyatteni “arzuolunmaz şəxs” elan edib.

 

Yenisabah.az “RİA Novosti”yə istinadla xəbər verir ki, o, Rusiya vətəndaşından gizli materiallar almaqda ittiham olunub.

 

Rusiyanın Federal Təhlükəsizlik Bürosu bu cür fəaliyyətin diplomatik işçi statusu ilə uyğun olmadığını və Rusiyaya qarşı açıq şəkildə düşmənçiliyi ifadə etdiyini qeyd edib.

 

Lyatte iyulun 6-da hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Ona Rusiyanı tərk etməsi üçün 48 saat vaxt verilib.

 

Bildirilib ki, beynəlxalq hüquq normalarına uyğun olaraq diplomata qarşı tədbirlər görüləcək.