Rusiyada azərbaycanlı prodüser barədə iş başlanıldı – FOTObackend
Cəmiyyət
338

Rusiyada azərbaycanlı prodüser barədə iş başlanıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dünyaca məşhur “Rammstein” qrupunun Rusiyanın Tver vilayətindəki konserti polis tərəfindən dağıdılıb.

Sfera.az xəbər verir ki, özəl şirkətlərin biri tərəfindən təşkil olunan tədbirdən əvvəl hüquq-mühafizə orqanları solist Till Lindemannın otağına daxil olub.

O, Rusiyada tətbiq olunan sərt karantin qaydalarını pozmaqda ittiham edilir.

Lindemanna bildirilib ki, 500 nəfərdən artıq vətəndaş bir araya toplanarsa, inzibati məsuliyyətə cəlb olunacaq. Bununla da, konsert proqramı ləğv olunub.

REN TV-nin məlumatına görə, alman sənətçinin Rusiyadakı azərbaycanlı prodüseri Anar Reyband barəsində inzibati protokol tərtib edilib.

Reyband ilə əlaqədar olaraq Rusiyanın İnzibati Xətalar Məcəlləsinin 18.8 -ci maddəsinin 2 -ci hissəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilib (Xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs tərəfindən Rusiyaya daxil olma qaydaları və ya Rusiyada qalmaq (yaşayış yeri)).

Materiallar Konakovo Şəhər Məhkəməsinə göndərilib.

Eyni zamanda, Tim Rusiya sərhədini keçərkən əslində konsert fəaliyyəti təşkil etsə də, səfərin məqsədinin turizm olduğunu bildirib. Onun barəsində də inzibati iş üzrə icraat başlanılıb.