Rusiyadan Azərbaycana gələn ailə qəzaya düşdü: Ana və iki uşağı öldübackend
Cəmiyyət
161

Rusiyadan Azərbaycana gələn ailə qəzaya düşdü: Ana və iki uşağı öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyadan Azərbaycana gələn ailə avtomobil qəzasına düşüb. Ölənlər və yaralananlar var.

 

Sfera.az-ın məlumatına görə, hadisə Dərbənd şəhəri ərazisində qeydə alınıb.

 

Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində Rusiyada yaşayan, əslən Daşkəsən rayonundan olan ailənin 3 üzvü – ana və 2 azyaşlı övladları hadisə yerində dünyasını dəyişiblər. Sürücü, qadının həyat yoldaşı və digər övladı isə ağır xəsarətlər alıb.

 

Sürücünün komada olduğu bildirilir.

 

Qeyd edək ki, dünyasını dəyişənlər artıq Azərbaycana gətirilib və Gəncə şəhərində dəfn ediliblər.

 

Faktla bağlı Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır