Sabir Rüstəmxanlı siyasətdən gedir? – Özü AÇIQLADIbackend
Cəmiyyət
170

Sabir Rüstəmxanlı siyasətdən gedir? – Özü AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mən ömrümün Milli Məclis dövrünü yaşadım və peşman da deyiləm. Kompüterimdə Milli Məclisin arxivindən götürdüyüm təxminən 60 epizod var. Heç biri mətbuatda getməyib, amma hər biri xalqı narahat edən məsələlərlə bağlı olub. O dövrü yaşadım, sözümü dedim.

Apress.az xəbər verir ki bunu Modern.az-a müsahibəsində Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının rəhbəri Sabir Rüstəmxanlı deyib.

Partiya sədri deyir ki, Milli Məclis onun üçün keçilmiş mərhələdir:

“Düzünü desəm, Vətəndaş Həmrəyliyi Partiyası olmasa, siyasətdən də uzaqlaşmaq istəyərəm. Mən əslində bir partiya adamı deyiləm, mən xalq adamıyam. Özümü hansısa partiyaya aid hesab etmirəm. Görürəm ki, cəmiyyət o partiyada olduğuma görə mənə soyuq yanaşır, bəziləri ona görə yaxınlaşmır, başqa cür düşünürlər. Yaşımın elə vaxtıdır ki, gərək mən partiyalardan da yuxarıda dayanım”.