Şabranda zəhərlənmə hadisəsi baş verib.
APress.az xəbər verir ki, hadisə şəhərin N.Nağıyev küçəsində qeydə alınıb.
Belə ki, 2009-cu il təvəllüdlü Osman Cəlal oğlu Vəliyev sirkə turşusundan zəhərlənib. O, Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaxınlarının bildirdiyinə görə, yeniyetmə sirkə turşusunu səhvən içib.
Faktla bağlı araşdırma aparılır.