Səbuhi Abbasov: “COP29 dünyanın ekoloji problemlərinin həlli üçün yeni yol xəritəsini formalaşdıracaqdır”backend
Cəmiyyət
275

Səbuhi Abbasov: “COP29 dünyanın ekoloji problemlərinin həlli üçün yeni yol xəritəsini formalaşdıracaqdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə saytımıza açıqlamasında QHT sədri, internet media ekspert Səbuhi Abbasov məlumat verib: ”

 

COP29 bu platformanın öncəki tədbirləri ilə müqayisədə daha böyük və strateji sahələri əhatə edəcəkdir. Həm texniki-təşkilati məsələlər, həm hazırlıq mərhələsi onu deməyə əsas verir ki, COP29 dünyanın ekoloji problemlərinin həlli üçün yeni yol xəritəsini formalaşdıracaqdır. Bu gün planetimizdə ətraf mühitin vəziyyəti, ekoloji tarazlığın pozulması bütün bəşəriyyəti ciddi şəkildə düşündürür, haqlı narahatlıqlara səbəb olur. Çıxış yolu isə ilk növbədə mövcud ekoloji vəziyyəti dərindən öyrənmək, bütün təsirləri düzgün qiymətləndirmək və ən əsası da çoxtərəfli beynəlxalq əməkdaşlığa dəyər verməkdir.Hər kəsə bəllidir ki, Bakıda keçiriləcək COP29 sadəcə ekoloji problemlərin müzakirəsi üçün konfrans deyil, ekoloji problemlərin həlli üçün birlikdə mühüm addımların atılacağı böyük qlobal forum olacaq.Azərbaycan uzun illər ekeloji terrorun qurbanı olduğundan bu sahədə ciddi təcrübəyə malikdir. Eyni zamanda, bir çox dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların COP29-a münasibəti həm dövlətimizin qüdrətini, həm də, Prezident İlham Əliyevin dünya siyasi meydanındakı mühüm çəkisini göstərir. İlk dəfə Bütöv Azərbaycan olaraq reallaşdıracağımız bu mühüm tədbir, həm də, QHT, media qurumları üçün, xüsusən də bu sahədə ixtisaslaşan gənclərimiz üçün mühüm təcrübə olacaq, yeni imkanlar açacaqdır. Təbii ki, anti Azərbaycan qüvvələri qarayaxma kampaniyaları təşkil edərək bütün mümkün kiber alətlərlə fəaliyyətdə olacaqlar. 44 günlük müharibədə olduğu kimi, bu dəfə də informasiya savaşında hər birimiz ayıq-sayıq olmalı, təxribatlara bütün platformalarda faktlarla cavab verməliyik.”