Şəhidlərin xatirəsinə həsr olunmuş idman turniri keçiriləcəkbackend
Cəmiyyət
173

Şəhidlərin xatirəsinə həsr olunmuş idman turniri keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə  Elmi Araşdırmalar ictimai birliyi “Vətən Müharibəsinin cüdoçu şəhidlərinin xatirəsinə həsr olunmuş idman turnirinin keçirilməsi” layihəsini icra edəcək. 

Layihənin icra müddəti 3 aydır. 10-15 və 15-18 yaş arasında keçiriləcək turnirdə 350 idmançı şəhidlərimizin xatirəsinə hörmət olaraq vuruşacaqlar. 18 şəhid cüdoçunun xatirəsinə həsr olunmuş gənclər arasında Şəhidlərin xatirəsinə həsr olunmuş turnir böyük idman zalında keçiriləcək.

Turnirdə həmçinin şəhidlərin ailələri, qazilər, gənclər iştirak edəcəklər. Layihənin məqsədi yeniyetmələrin, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi, onlara mənəvi dayaq olmaq, vətənə, dövlətə, torpağa bağlılıq hisslərini artırmaq üçün şəhidlərin həyat yolunun öyrənilməsi, şəhid ailələri ilə görüşlərin təşkilidir.

Yeniyetmə və gənclər arasında şəhid ailələrinə, müharibə veteranlarına və əlillərə dövlətin qayğısının ictimai rəydə yüksəldilməsinə diqqəti yönəltməkdir. Şəhid ailələrinə həm dövlətin həm də xalqın qayğısını, əzizlərinin unudulmadığını bir daha çatdırmaqdır. 350 idmançının iştirak etdiyi yarışda nəticələrə görə qaliblərə medal, kubok, hədiyyələr, diplomlar veriləcək.