Səhiyyə Nazirliyinin əməkdaşı “polis” çıxdı – İDDİA – RƏSMİ AÇIQLAMA – SƏS YAZISIbackend
Gündəm
336

Səhiyyə Nazirliyinin əməkdaşı “polis” çıxdı – İDDİA – RƏSMİ AÇIQLAMA – SƏS YAZISI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COVİD-19 xəstəsi olan Vətən Müharibəsi qazisi Gündüz Şükürlü polis tərəfindən aldadılaraq çölə çıxarıldığını və yaxalandığını deyir. Bu barədə Anews.az-a müraciət edən Qarabağ qazisi bildirib ki, onu haqsız yerə günahlandırıb foto və videosunu çəkiblər.

 

“5-6 gündür evdə COVİD-19 xəstəliyindən müalicə alıram. Telefonuma zəng gəldi. Zəng edən şəxs özünü Səhiyyə Nazirliyinin nümayəndəsi kimi təqdim edərək bildirdi ki, mənə dərman paketi göndərilib və mən onu almaq üçün çölə çıxmalıyam. Evdə tək olduğumdan çölə çıxmağa məcbur oldum. Deyilən yerə çatanda məni iki mülki geyimdə olan şəxs qarşıladı. Daha sonra 2 polis əməkdaşı yaxınlaşdı. Mən durumu izah etdim,mənə gələn zəngi geri yığsam da telefonu açmadılar. Sonra onlar məni evə gətirdilər. Hərbçi və Müharibə iştirakçısı olduğumu nəzərə alıb mənə cərimə yazmadılar. Lakin yaşadığım evin qarşısında polis mayoru ilə foto və videomu çəkdilər”, – deyə şikayətçi bildirib.

 

Daha sonra Gündüz Şükürlünün qardaşı Səhiyyə Nazirliyinin nümayəndəsi adı ilə ona zəng vurmuş şəxslə telefon əlaqəsi qurub. “Qardaşımla danışan şəxs özünü təqdim etmədən birbaşa ərazini tərk etdiyimə görə, belə etdiklərini bildirib. Əgər doğurdanda bu Səhiyyə nazirliyinin əməkdaşıdırsa niyə polis əməkdaşına aid tələblər qoyur?

Qardaşım həmin nömrəni axtarışa vuranda həmin nömrənin polis əməkdaşının adına olduğu bəlli oldu”, -deyə şikayətçi sözünə davam etdi