Şəmkirdə minik avtomobili mikroavtobusa çırpıldı, xəsarət alanlar varbackend
Cəmiyyət
259

Şəmkirdə minik avtomobili mikroavtobusa çırpıldı, xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şəmkir rayon Könüllü kəndində mikroavtobusla minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb.
Sfera.az-ın əldə etdiyi məlumata görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon Könüllü kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
“Ford” markalı mikroavtobusla kiçik minik avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan, 1992-ci il təvəllüdlü İsmayılov Vüqar Mirzə oğlu və 1956-cı il təvəllüdlü Xalidə Məcid qızı Piriyevanın xəsarəti daha ciddi olub. Hər ikisi Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
M.İsmayılovun vəziyyəti ağır qiymətləndirilir. Digər yaralılar isə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.