Bu ilin yanvar-sentyabr aylarında ölkədə 3623 ədəd minik avtomobili istehsal olunub.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə avtomobil istehsalı 71,7 faiz və ya 1513 ədəd artıb.
Cari ilin avqust ayı ilə müqayisədə isə sentyabrda istehsal həcmində 9,6 dəfədən çox artım qeydə alınıb. Sentyabr ayında ölkədə 996 ədəd minik avtomobili istehsal olunub. Oktyabr ayının 1-nə hazır məhsul ehtiyatı 590 avtomobil təşkil edib.