Sertifikasiya Şurası müəllimlərlə bağlı QƏRAR VERƏCƏKbackend
Təhsil
192

Sertifikasiya Şurası müəllimlərlə bağlı QƏRAR VERƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ildə sertifikasiyanın test imtahanlarında 23 448 müəllim iştirak edib. Elm və təhsil naziri Emin Əmrullayevin müəllimlərin 2025-ci ildə keçiriləcək sertifikasiya imtahanları ilə bağlı açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Nazir parlamentdə 2025-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı qeyd edib ki, gələn il 20 minədək müəllimin sertifikatlaşdırmaya cəlb olunması nəzərdə tutulub. Lakin nazir gələn il sertifikatlaşdırmaya cəlb olunacaq təhsilverənlərin hansı fənn müəllimləri olacağını açıqlamayıb.

Apress.az xəbər verir ki mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri professor Hikmət Əlizadə hokm.az ilə həmsöhbət olmuşdur.
H.Əlizadə bildirib ki, müəllimlərin sertifikatlaşması “Təhsil haqqında” Qanunun 36-2.2-ci və “Ümumi təhsil haqqında” Qanunun 28.1-ci maddələrinə uyğun olaraq hazırlanmış “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası”na müvafiq olaraq həyata keçirilir:

“Bu qaydaya əsasən, müəllimlərin sertifikatlaşması hər il həyata keçirilir. Sertifikatlaşma müəllimlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi daşıyır. Bu prosedur müəllimlərin həm öz peşə fəaliyyətinə məsuliyyətinin artmasına, həm də daha keyfiyyətli müəllimlərin məktəblərdə dərs deməsini təmin etməyə istiqamətlənib. Hesab edirəm ki, bu istiqamətdə nəzərə çarpacaq dönüş yaranıbdır”.


H.Əlizadə bildirib ki, hər il müəllimlərin sertifikasiyasının hansı fənn üzrə keçirilməsi və vaxtı Sertifikasiya Şurası tərəfindən müəyyən edilir:
“Sertifikasiya Şurasında sertifikatlaşmanın həyata keçirilməsi ilə bağlı taktiki məsələlər müzakirə edildikdən sonra qərar qəbul olunur. Fikrimcə, qarşıdakı günlərdə Sertifikasiya Şurasının iclası keçiriləcək və bu məsələ ilə bağlı qərar ictimaiyyətə açıqlanacaq”.