“Şərurlu İsfəndiyar” CƏRİMƏLƏNDİbackend
Cəmiyyət
371

“Şərurlu İsfəndiyar” CƏRİMƏLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsi (DGK) “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı Axundov İsfəndiyar Məhəmməd oğlu barəsində inzibati qaydada protokol tərtib edib.

Unikal.orgun məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə) əsasən yazılan protokol qərar verilməsi üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İş hakim Abbas Rzayevin icraatına verilib.

Baxış iclası 17 avqust saat 17:00-a təyin edilib.

Qeyd edək ki, sözügedən xətanın törədilməsinə görə, inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.