“Sinə döyməyin islamla əlaqəsi yoxdur, bu adət yəhudilərdə var” – Əbu Bəkr məscidinin imamıbackend
Cəmiyyət
293

“Sinə döyməyin islamla əlaqəsi yoxdur, bu adət yəhudilərdə var” – Əbu Bəkr məscidinin imamı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Avqust ayının 19-da Aşura günüdür. Bəzi şəxslər Məhərrəm ayının həmin günü işləmir, evdən çölə çıxmır. Hətta elə insanlar var ki, Aşura günündə ev işlərini belə günorta saatlarındaək dayandırır, bunun günah olduğunu düşünürlər.
Məscidlərdə isə zəncir vurmaq, sinə döymək kimi ritiuallar həyata keçirilir.
Maraqlıdır, Aşura günü ilə bağlı dində xüsusi qayda və qadağalar varmı?
Mövzu ilə bağlı Sfera.az-a danışan “Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov özünə zərər vurmağın və bu kimi dini ritualların İslamda yox, başqa dinlərdə olduğunu deyib:
“Aşura günü ilə bağlı dində hansısa qaydalar toplusu yoxdur. Bu şəkildə dini rituallar yəhudilərdə var. Məsələn, onlar şənbə günü işləmir, yuyunmur. Ölüyə görə bədəninə zəncir vurmaq, sinə döymək də başqa dinlərdə var, İslamda belə bir qayda yoxdur. İslam buyurur ki, özünə ziyan vermək olmaz. Quran kitabında bidirilir ki, ilin 4 ayı haramdır. Bu aylardan biri Məhərrəm ayıdır ki, bu ayda da Tanrı insanları özünə zülm etməməyə çağırıb”.