“SOCAR Polymer” bu layihəyənin istehsalat həcmini açıqladıbackend
İqtisadiyyat

“SOCAR Polymer” bu layihəyənin istehsalat həcmini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən Yüksək Sıxlıqlı Polietilen (YSPE) zavodunun bu ilin fevralın 1-dək istehsal həcmi 337 min ton təşkil edib.

Məlumata görə, qeyd olunan dövrədək zavodun ixrac həcmi isə 310 min tona bərabər olub.

Qeyd edək ki, “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən Yüksək Sıxlıqlı Polietilen (YSPE) zavodu 18 fevral 2019-cu il tarixində istismara verilib.

YSPE Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft ixracının artmasına, idxaldan asılılığın azalmasına, kiçik və orta biznes subyektlərinin inkişafına töhfə verir.

// APress.az