Ötən il Azərbaycanda hava nəqliyyatı ilə daşınmış yüklərin həcmi 411 min ton olub.
Bu göstərici əvvəlki illə müqayisədə 54 min ton və ya 15%, son 10 ilin göstəriciləri ilə müqayisədə isə 282 min ton, yaxud da 3,2 dəfə artıb.
Belə ki, Azərbaycanda hava nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2023-cü ildə 357 min ton, 2015-ci ildə isə 129 min ton olub.
Son 10 ildə Azərbaycanda hava nəqliyyatı ilə daşınmış yüklərin həcmi aşağıdakı cədvəldə göstərilib.
İllər | Daşınmış yüklərin həcmi |
2024 | 411 min ton |
2023 | 357 min ton |
2022 | 407 min ton |
2021 | 557 min ton |
2020 | 458 min ton |
2019 | 183 min ton |
2018 | 208 min ton |
2017 | 173 min ton |
2016 | 160 min ton |
2015 | 129 min ton |
Qeyd edək ki, Azərbaycanda hava nəqliyyatı ilə 2025-ci ilin yanvar ayında 33,7 min ton yük daşınıb ki, bu da, illik müqayisədə 7,7% artım deməkdir.
// APress.az