Türkiyədə sosial media ilə bağlı yeni qərar tətbiq olunacaq.
Sfera.az bildirir ki, qərar oktyabr ayında Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcək. Məlumata görə, sözügedən qanun Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsindəki ifadə azadlığının 2-ci bəndində göstərilən meyarlara uyğun olaraq təyin olunacaq.
Buna əsasən, təhlükəsizliyi təhdid edən, ictimai asayişi pozan, cinayəti və cinayətkarı tərifləyən və başqalarının şəxsiyyətini təhqir edənlər cərimələnəcəklər.
Belə ki, sosial mediada yalan xəbər yayanlara 5 ilə qədər, təhqir edən şəxslərə isə 2 ilə qədər həbs cəzası müəyyən olunacaq.
Həmçinin bildirilib ki, istifadəçilər 24 saat müddətində paylaşımlarını silərlərsə, yalnız pul cəriməsi ödəməli olacaqlar. Bunun üçün isə, 5 milyon türk lirəsi nəzərdə tutulub. Lakin sosial media istifadəçiləri cəzalara baxmayaraq yazıları silməzlərsə, son sanksiya Türkiyədəki fəaliyyətlərinin dayandırılması olacaq.
Qeyd edilib ki, hazırda bu istiqamətdə digər ölkələrin təcrübəsi nəzərdən keçirilir.