“Demokratiyanın beşiyi” Fransadan fransızsayağı qərar – azərbaycanlı jurnalist niyə geri qaytarıldı?
İmperiya maraqları, soyqırım siyasəti, demokratiya iddiaları və “demokratiyanın sərhədləri Avropanın marağına toxunana qədərdir fəlsəfəsi”.
Qoca qitənin lokomotiv ölkəsi Fransaya ezam olan jurnalist Aygün Həsənovanın ölkəyə girişinə “stop” qoyulub. Hansı ki, AZƏRTAC-ın əməkdaşının Yeni Kaledoniyaya getmək üçün vizası olub.
Media mənsubu bir sutka ərzində polis bölməsində saxlanılıb və “arzuolunmaz şəxs” qismində ölkədən çıxarılıb. Həmkarımızı həbslə hədələyiblər.
İllərdir bəşəriyyəti “demokratiyaya keçid”, “ədalətli cəmiyyət”, “insan hüquqları” kimi vədlərlə aldadan, öz şəxsi çıxarları naminə ölkələri qarışdıran, qanlı müharibələrə sövq edən qoca avropalılar bu dəfə də söz, mətbuat azadlığını ayaq altına atdılar. Bir daha aydın olur ki, ABŞ, Fransa və qərblilər üçün demokratiya anlayışları şərtidir və itaət etməyən ölkələr belə “cəzalandırılır”.
Müəllif: Azər Niftiyev