Sumqayıt məktəbində DƏHŞƏT: 5-ci sinif şagirdini 4-cü mərtəbədən atmaq istədilər… – FOTObackend
Gündəm
404

Sumqayıt məktəbində DƏHŞƏT: 5-ci sinif şagirdini 4-cü mərtəbədən atmaq istədilər… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt məktəbində 5-ci sinif şagirdini 4-cü mərtəbədən atmaq istədilər.

 

Qeyd edək ki, ağılasığmaz hadisə Sumqayıt şəhər 11 saylı tam orta məktəbdə baş verib.

Zərər çəkmiş uşağın atası Maxsudov Əliağa Mahmud oğlunun Hokm.Az-ın qaynar xəttinə verdiyi məlumata görə:

“Sumqayıt şəhəri 11 saylı tam orta məktəbin 5H sinif şagirdi  21.06.2014-cü il təvəllüdlü Maxsudov Kənan Əliağa oğlu tənəffüs zamanı, sanitar qovşaqda olarkən içəri 7Ç sinif  şagirdi olan Məmmədov Cəlil (ad şərtidir), sanitar qovşağa  daxil olaraq elektron siqaret çəkmək məqsədilə, qeyri-etik ifadə işlədərək çölə çıxmasını tələb edib, həmin ifadəni mənim övladım ona deyən zaman, onu qucağına alaraq 4-cü mərtəbədə yerləşən sanitar qovşağın pəncərəsindən başını çölə çıxararaq, pəncərədən atacağını deyib və heçkimə bu haqda danışmamağıyla bağlı təhdid edib. Uşağı məktəbdən götürəndə ağız ətrafında sarılıq, qorxudan özünəqapanmış və fərqli davrandığını hiss edib nə baş verdiyini çətinliklə öyrəndik. Uşağı həkim (psixoloq) müayinəsindən keçirdik.

Bu məsələ ilə bağlı növbəti gün, məktəbin direktoru olan Süleymanova Adilə xanımın qəbulunda olduq və uşağın həmin məktəbdə çalışan tarix müəlliminin övladı olduğunu öyrəndik.  Daha sonra həm təhsil nazirliyi qaynar xəttinə, həm Sumqayıt şəhər təhsil şöbəsinə yazılı ərizə ilə müraciət etdik. Eyni zamanda həmin gün axşam saatlarında 102-ə məlumat verərək, 4 saylı polis şöbəsinə ərizə və izahat təqdim etdik. Bu hadisədən sonra nə məktəb müdiriyyəti, nə polis, nə də təhsil nazirliyindən heç bir geridönüş almamışıq. Uşaq qorxduğu uçun dərsə getməkdən imtina edir və nəticədə təhsildən geri qalır. Mən, bununla bağlı bir valideyn olaraq çox narahatam, övladımın və onun timsalında bütün uşaqların psixoloji, fiziki şiddətə məruz qalmadan təhsil alması üçün məsələnin həll yolunun tapılmasını aidiyyatı qurumlardan xahiş edirəm.

Zərərçəkənin valideyni əlavə edir ki, qarşı tərəfə hadisə ilə bağlı danışıq üçün müraciət etsə də, məsələnin həlli üçün çalışmaq, ən azından üzrxahlıq etmək əvəzinə ona hədə-qorxu gəlmişdir.

Qeyd edək ki, hadisə ilə bağlı zərərçəkmiş uşağın psixi travma aldığına dair həkim rəyləridə mövcüddür. Hazırda şagirdin valideynləri tələb edir ki, məsələ araşdırılaraq, zərər verən tərəf məktəbdən kənarlaşdırılsın.

Qarşı tərəfində mövqeyni dərc etməyə hazırıq.