Sumqayıt məktəbində pəncərədən atılmaqla təhdid edilən şagirdin ailəsi SON ÇARƏ olaraq NAZİRƏ MÜRACİƏT ETDİ – FOTO/VİDEObackend
Təhsil
1063

Sumqayıt məktəbində pəncərədən atılmaqla təhdid edilən şagirdin ailəsi SON ÇARƏ olaraq NAZİRƏ MÜRACİƏT ETDİ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhər 11 saylı tam orta məktəbdə, 5-ci sinif şagirdi 4-cü mərtəbədən aşağı sallanaraq ölümlə təhdid olunub.

 

Bununla bağlı bir neçə gündür ki, məlumat paylaşırıq. Ailə dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də, hələ də bir nəticə əldə olunmayıb.

Zərər çəkmiş ailə son çarə olaraq, elm və təhsil nazirliyinə yazılı formada Emin Əmrullayevə müraciət etmək qərarına gəlib.

Qeyd edək ki, ailə baş vermiş hadisədən sonra nazirliyə elektron şəkildə də müraciət etmişdi.

Azmedia.Az saytı olaraq, ailənin yazılı müraciətini sizə təqdim edirik:

Ərizə

Yazıb sizə bildirirəm ki, övladım Maxsudov Kənan Əliağa oğlu Sumqayıt şəhər 11 saylı tam orta məktəbin 5 h sinif şagirdidir. Övladım tənəffüs zamanı sanitar qovşaqda olarkən içəri 5ç sinif şagirdi Əbilzadə Fətulla sanitar qovşağa daxil olaraq elektron siqaret çəkmək məqsədi ilə qeyri-etik ifadə işlədərək övladımdan çölə çıxmasını tələb edib. Həmin ifadəni övladım ona deyən zaman onu qucağına alaraq 4-cü mərtəbədə yerləşən sanitar qovşağın pəncərəsindən başını çölə çıxarıb, pəncərədən atacağını və heçkimə bu haqda danışmamağıyla təhdid edib. Uşağı məktəbdən götürəndə ağız ətrafında sarılıq, qorxudan özünə qapanmış və fərqli davrandığını hiss edib, nə baş verdiyini çətinliklə öyrəndik. Uşağı həkim müayinəsindən keçirtdik.

Bu məsələ ilə bağlı növbəti gün məktəbin direktoru Süleymanova Adilə xanımın qəbulunda oldum və uşağın həmin məktəbdə çalışan Tarix müəllimi Tərgül müəllimənin övladı olduğunu öyrəndik. Növbəti gün 02.10.2024-cü il tarixində saat 16:20-də Abşeron-Xızı Regional Təhsil idarəsinin müdiri İlhamə xanım Abdullayevaya ərizə ilə müraciət etdik. Direktor isə bu məsələ ilə bağlı məktəbə gedən zaman bildirmişdir ki , “çıxın məktəbdən gedin,məktəbdə komissiya var. Çox səs-küy yaratmayın. Mən özüm araşdırıb sizə bu barədə geridönüş edəcəm.” Lakin bu məsələ ictimailəşməyənədək heçbir geridönüş olmadı. Uşaq qorxduğu üçün məktəbə getməkdən imtina edir və nəticədə təhsildən geri qalır. Mən bununla bağlı çox narahatam. Övladımın və onun timsalında bütün uşaqların psixoloji, fiziki şiddətə məruz qalmadan təhsil alması üçün məsələnin həll yolunun tapılmasını Təhsil və Elm nazirliyindən xahiş edirəm.

06.10.2024 Hörmətlə Əliağa Maxsudov