Almaniyanın xarici işlər naziri Annalena Barbok Rusiyanı hərbi bazalarını Suriyadan çıxarmağa çağırıb.
Apress.az xəbər verir ki, bu barədə o, Suriyaya yola düşməzdən əvvəl mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu, respublikanın suverenliyinə hörmətin təzahürü olacaq. Diplomat vurğulayıb ki, Almaniya və tərəfdaşları Suriyadakı prosesin “kənardan pozulmasını” istəmirlər.
“Bu məqsədlə biz Aqabada BMT ilə birlikdə mühüm prinsiplər hazırlamışıq. Bura həm də bütün qonşu dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət daxildir. Rusiyanın Suriyadakı hərbi bazalarını tərk etməsinin də vaxtı çatıb”, – deyə Berbok bildirib.
Almaniyanın xarici işlər naziri, həmçinin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin Suriyanın keçmiş lideri Bəşər Əsəd rejiminin törətdiyi cinayətləri “ört-basdır edib və dəstəkləyib”.