“Britaniya hakimiyyəti yaxın saatlarda Kabil hava limanında terror aktının baş verəcəyini gözləyir”.
Sfera.az xəbər verir ki, bu açıqlamanı Birləşmiş Krallıq Silahlı Qüvvələri naziri Ceyms Heppi verib.
“Bir həftə ərzində kəşfiyyat qəti əmin olub ki, hava limanı qarşısıalınmaz hücuma məruz qalacaq”,- deyə o, söyləyib.
Qurumun açıqlamasına görə, “İslam dövləti”nin
yaraqlıları kütləvi təxliyə səbəbindən hava limanında böyük insan kütləsinin cəmləşəcəyini dərk edir və bu onlara “heyrətləndirici addım atmaq imkanı” verir.