Tanınmış prodüser və telejurnalistin anası vəfat etdi – Daha bir həkim səhlənkarlığı – FOTObackend
Cəmiyyət
1664

Tanınmış prodüser və telejurnalistin anası vəfat etdi – Daha bir həkim səhlənkarlığı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış prodüser və telejurnalist Zaur Əliyevin anası vəfat edib.

Azmedia.Az  bildirir ki, Rəna Bayramqızı, uzun illər Lider Tv-də yayımlanan “Sağlam Nəsil” verilişinin aparıcısı olub.

Qeyd edək ki, Rəna xanım hazırda ölkədə tanınmış klinikalardan biri olan “Ege Hospital”da dünyasını dəyişib. Yaxınlarının sözlərinə görə o, həkim səhlənkarlığının qurbanı olub.

Məlumata görə o, 20 fevral tarixində özü xəstəxanaya müraciət edərək, müayinələrdən keçib və öz ayağı ilə xəstəxanaya yatıb, 2 gün sonra isə həkimlər xəstə yaxınlarına xəbər edib ki, “Xəstəniz komaya düşdü”. Bu gün isə dünyasını dəyişdiyi bildirilib.

Burada belə bir sual yaranır. Öz ayağı ilə xəstəxanaya gələn xəstə, danışığı, şüuru yerində olan bir insan, necə komaya düşə bilər??

Xəstənin yaxınlarına bu acı xəbər bəs etmirmiş kimi, komada olarkən ikinci şoku da yaşadıblar. Xəstəxana işçiləri qeyd edib ki, ya qalan ödənişi tamamlayın, ödəyin, ya da xəstənizi götürün aparın.

Xəstə yaxınları sağlam şəkildə öz ayaqları ilə gələn birinin komaya düşüb, həyatını itirməsinimi düşünsün, yoxsa sadəcə əmrə tabe olan səhlənkar həkim və klinika işçilərinimi?

Eyni zamanda xəstə ilə birbaşa maraqlanmalı olan həkim nefroloq Barat Yusubov da hadisəyə və xəstəsinə biganə yanaşıb, saatlardır xəstəyə baş çəkməsi gözlənilən şəxs sanki qeyb olub, zənglərə cavab vermir.

Yaxınlarının tələbi budur ki, bu məsələ aydınlaşdırılsın və günahkar olan kəslər cəzasını hüquq müstəvisində alsın.

Qeyd edək ki, sevilən aparıcı, psixoloq, pedaqoq Rəna Bayramqızı kimsəsiz, uşaqlar evində böyüyən yetim uşaqlara daim yardım etmiş, hər zaman sosial layihələr təşkil edərək, imkansız ailələrə dəstək olmuşdur.

Rəna xanımın oğlu, Z.Əliyev “ANS”, “ATV”, “ARB” və “Lider” TV“də bir çox reytinqli televiziya layihələrinin rəhbəri, “Lider TV” nin baş prodüseri, “Səda səhər” verlişinin aparıcısı olub. Eyni zamanda ölkəmizin populyar onlayn media resurslarından olan  Azmedia.Az portalının rəhbəridir. O, efir məkanında və informasiya mühitində innovativ layihələri ilə diqqət çəkməyi bacarıb. “Texnopark” verlişi ilə çoxmilyonluq tamaşaçıların rəğbətini qazanıb.

Allah rəhmət etsin!