Tanınmış teleaparıcı və prodüser Zaur Əliyev “Azərbaycan Brendi Milli Mükafatı”na (Brand of Azerbaijan Awards) mükafatına layiq görülüb.
Qeyd edək ki, Zaur Əliyev “ANS”, “ATV”, “ARB”, “MTV”, “SPACE TV” və “Lider” TV“də bir çox reytinqli televiziya layihələrinin rəhbəri və ideya müəllifi, “Lider TV”-nin baş prodüseri, “Səda Səhər”, xəbərlər və bir çox reytinqli verlişlərin aparıcısı olub.
Apress.az xəbər verir ki Zaur Əliyev eyni zamanda ölkəmizin populyar onlayn media resurslarından olan – Azmedia.Az xəbər portalının və Ustaçağır.Az şirkətinin rəhbəridir.
“Azmedia.Az” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumları, siyasi partiyalar, yazılı və elektron mətbuat, media təşkilatları, QHT-lər, hüquq-mühafizə orqanları və vətəndaşlar ilə aktiv əməkdaşlıq edir. Saytın məqsədi, regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.
Təmir və Tikinti sektoruna yenicə addım atmasına baxmayaraq, öz sözünü gördüyü işlərlə deməyi bacaran ölkənin qabaqcıl tikinti şirkətlərindən biri, “UstaÇağır.Az” evlərdə, ofislərdə təmirə ehtiyyacı olan avadanlıqların təmiri, ev tikintisindən tutma, dizayn, məişət əşyalarının quraşdırılması, təmiri və s. xidmətlər göstərir.
O, efir məkanında və informasiya mühitində innovativ layihələri ilə diqqət çəkib. “Texno Park” verlişi ilə çoxmilyonluq tamaşaçıların rəğbətini qazanıb.