Tanınmış Teleaparıcı Zaur Mükafata Layiq Görüldü – FOTO/VİDEObackend
Gündəm
698

Tanınmış Teleaparıcı Zaur Mükafata Layiq Görüldü FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış Teleaparıcı və Prodüser Zaur Əliyev “Azərbaycan Brendi Milli Mükafatı”na (Brand of Azerbaijan Awards) mükafatına layiq görülüb.

Apress.az xəbər verir ki, mükafatlandırma mərasimi ötən gün Teleqüllədə keçirilib.

Qeyd edək ki, Zaur Əliyev “ANS”, “ATV”, “ARB”, “MTV”, “SPACE TV” və “Lider” TV“də bir çox reytinqli televiziya layihələrinin rəhbəri və ideya müəllifi, “Lider TV”-nin baş prodüseri, “Səda Səhər” verlişinin aparıcısı olub.

Zaur Əliyev eyni zamanda ölkəmizin populyar onlayn media resurslarından olan –  Azmedia.az xəbər portalının rəhbəridir.

O, efir məkanında və informasiya mühitində innovativ layihələri ilə diqqət çəkib. “Texno Park” verlişi ilə çoxmilyonluq tamaşaçıların rəğbətini qazanıb.