Təcrübəli dövlət adamı, usta siyasətçi – İlham Əliyevbackend
Cəmiyyət
425

Təcrübəli dövlət adamı, usta siyasətçi – İlham Əliyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən gün ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfrans müxtəlif kontekstlərdən təhlil olunmaqdadır. Tədbir post-müharibə dövrü üçün xarakterik olan yeni siyasi reallıqların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətndə atılmış mühüm addım kimi səciyyələndirilə bilər.
Dünyanın 23 ölkəsindən qonaqların qatıldığı konfrans daha çox Azərbaycan Prezidenti İlham Əliyevin geniş və əhatəli çıxışı, təcrübəli dövlət adamlarına xas olan operativ rekasiyası və məntiqli mülahizələri ilə yadda qaldı. 44 günlük Vətən müharibəsi dövründə informasiya cəbhəsində təkbaşına döyüşən dövlətimizin başçısı sağlam arqumentləri və inandırıcı dəlilləri ilə yenə auditoriyanı heyrətləndirməyi bacardı. Bu tədbir həm də ölkənin birinci şəxsi tərəfindən verilən mesajlarla yadda qaldı. Prezident sərrast çıxışı ilə Qarabağdan gözləntisi olanlara və Qarabağa göz dikənlərə konkret mesajlar vermiş oldu.
Qeyd edək ki, işğaldan azad olunmuş şəhər və kəndlərimizin yenidən dirçəldilməsi Azərbbaycan dövlətinin qarşısında prioritet vəzifə kimi dayanır. Hazırda minalardan təmizlənmiş ərazilərdə mühüm infrastruktur layihələri həyata keçirilir, keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması üçün zəruri tədbirlər görülür. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi bu işlər kənar dəstək olmadan, yəni sırf daxili resurslar hesabına həyata keçirilir. Cənab İlham Əliyevin aprelin 28-də ADA-da keçirilən tədbirdə yenidən analoji məsələni gündəmə gətirməsi Azərbaycan dövlətinin dəyişməz mövqeyi kimi xarakterizə oluna bilər.
Diqqətçəkən başqa bir məqam isə Cənab Əliyevin dünyada baş verən prosesləri zərgər dəqiqliyi ilə təhlil etməsi və Cənubi Qafqaz üçün “yol xəritəsi” cızması oldu. Çoxillik dövlətçilik təcrübəsinə malik olan Əliyev həm də beynəlxalq siyasi arenada baş verən hadisələri analiz etməyi yaxşı bacaran təcrübəli diplomat kimi auitoriya qarşısında idi. Dövlətimizin başçısı Azərbaycanın dəyişməz mövqeyini növbəti dəfə təkrarlamaqla regionda separatizmə yer olmadığını bir daha vurğulamış oldu. Bu, təkcə Ermənistana deyil, həm də onun havadarlarına verilmiş mesaj idi. İki ölkə arasında sülh danışıqlarının aktuallaşmasına rəğmən Prezident yenə prinsipial mövqeyini bildirməkdən çəkinmədi: “Azərbaycan xalqının yaraları bu 30 il ərzində sağalmayıb. İşğaldan azad olunan torpaqlara bu gün mütəmadi avtobus səfərləri keçirilir. İnsanlar gedirlər və öz gözləri ilə görürlər. Belə bir nifrətcəsinə münasibət, şəhərlərin dağıdılması, qəbirlərdən cəsədlərin qazılıb çıxarılması ağlasığmazdır”.
İlham Əliyevin sonrakı fikirləri isə təkcə Ermənistana deyil, həm də beynəlxalq auditoriyya ünvanlanmış mesaj idi. Əliyev xarakterinə uyğun olaraq bu dəfə də açıq danışdı: “O zaman sevdiklərini itirən insanların ağrı-acılarını anlayıram və başa düşürəm. Mən özüm də orada baş verən barbarlığı unutmayacağam. Çünki biz vəhşlikləri unutmamlıyıq. Bu, bizim tariximizdir”.
ADA-da təşkil olunmuş beynəlxalq konfrans Azərbaycanın sabit xarici siyasət kursu həyta keçirdiyini bir daha ortaya qoydu. Azərbaycan Prezidentinin erməni lobbisinin aktiv olduğu Fransa ilə münasibətlərin yoluna qoyulduğunu vurğulaması növbəti diplomatik uğur kimi qiymətləndirilə bilər. Biz milli maraqlara söykənən bu sabit xarici siyasət kursunu Rusiya – Ukrayna müharibəsinə münasibətdə də gördük. İlham Əliyev beynəlxalq ictimaiyyət qarşısında Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə normal münasibətlərinin olduğunu vurğulamaqla yanaşı, rəsmi Bakının ikincinin ərazi bütövlüyünü tanımasını dilə gətirməsi ölkəmizin beynəlxalq hüquqa hörmət və sadiqliyinin təzahürüdür.
Azərbaycanın insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə qorunduğu ölkə olduğu sözügdən konfransda növbəti dəfə dilə gətirildi. Ölkə Prezidenti Tehrandakı “Mərkəzi Asiya və Qafqaz Araşdırmaları Mərkəzi”nin baş elmiş işçisi doktor Vəli Kalecenin təxribat xarakterli sualını son dərəcə təmkinlə, amma daşdankeçən arqumentlərlə cavablandırmaqla Azərbaycanda söz və mətbuat azadlığının ən yüksək səviyyədə qorunduğunu nümayiş etdirmiş oldu. Biz ölkə Prezidentinin bu sərrast mövqeyini həm də Azərbaycana münasibətdə ikili standartlardan çıxış edən beynəlxalq təşkilatlara verilmiş cavab kimi qiymətləndirə bilərik. Haqlı mövqedə olan Azərbaycanın müdrik rəhbərinin bütün suallara verməyə cavabı var. Prezident İlham Əliyev bu gün nənki regionun, həm də dünyanın qlobal məsəllələrində bir usta kimi proqnoz verir və analtik təhlil edir.
44 günlük Vətən müharibəsində düşmən üzərində parlaq qələbə qazanan Azərbaycan və onun lideri post-müharibə dövründə də diplomatik cəbhədə ard-arda qələbələr qazanır. Müzəfər Ali Baş Komandana ancaq qələbə yaraşır…
Çingiz Bayramov
“Dialoq və İnkişaf Naminə”
İctimai Birliyinin sədri