Toliklə Elnarə Xəlilova arasında video QALMAQALIbackend
Şou
534

Toliklə Elnarə Xəlilova arasında video QALMAQALI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Elnarə Xəlilova ilə prodüser Tarix Əliyev (Tolik) arasında qalmaqal yaranıb.

 

Sfera.az bildirir ki, buna səbəb Tolikin Elnarənin “Törəmək üçün doğulmuşam” açıqlamasının yer aldığı videosunu paylaşması olub. Belə ki, müğənni paylaşıma sərt reaksiya verib.

 

“8 il bundan öncə verdiyim müsahibəm indi niyə yadınıza düşdü? Ad günüm də deyil ki, deyim yadına düşmüşəm. Bəlkə yeni klipim çıxacaq ona görə? Axı diqqəti başqa yerlərə yönəltmək lazımdı, analıq filan. Əgər siz belə şeylərə əl atmağa başlamısınızsa, demək ki, hər şey qaydasındadır və mən düz yoldayam”, – deyə Xəlilova paylaşıma şərh yazıb.

 

Ardınca Tolik Elnarəyə cavab verib. O bildirib ki, ifaçının 8 il əvvəl verdiyi açıqlamanı paylaşmaqda pis məqsədi olmayıb:

 

“Elnarəni Rövşənlə ailə qurmazdan əvvəl tanıyıram. Həmişə də düşünmüşəm ki, şou-biznesdə çox ailələr qurulsa da, saf məhəbbət üzərində qurulanlardan biri onların ailəsidir. Elnarənin müğənniliyinə gəldikdə isə, onun sənətində Vaqif Gərayzadə kimi şəxsiyyətin imzası var. Dünənki paylaşımımı “TikTok”dakı bir səhifədə gördüm və marağıma səbəb oldu. Amma nəinki Elnarənin, ölkənin ən öndə gedən ulduzlarının həyatı mənə o qədər maraqsızdır ki, durum araşdırım kim neçənci ildə nə danışıb