Tovuzda dəhşətli qəza: ölən var – FOTObackend
Cəmiyyət
242

Tovuzda dəhşətli qəza: ölən var – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bakı-Qazax avtomagistralının Tovuz rayonunun Düz Qırıxlı kəndindən keçən hissəsində baş verib.

Ərazidə yol tikintisi ilə məşğul olan şirkətlərdən birinə məxsus “MAN” markalı avtomobillə sərnişin daşıyan mikroavtobus toqquşub.

İlkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir.

Hadisə zamanı yaralananlardan biri 1994-cü il təvəllüdlü Elvin Arif oğlu Həsənli yaxınlıqda yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.