Trampın komandasında kimlər olacaq? – Gözlənilməz ADLARbackend
Cəmiyyət
273

Trampın komandasında kimlər olacaq? – Gözlənilməz ADLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dövlət katibi vəzifəsinə senator Marko Rubionun namizədliyini irəli sürməyi planlaşdırır.

 

Apress.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti mənbələrə istinadən yazıb.

 

Nəşr yazır ki, Tramp son anda fikrini dəyişə bilər. Qeyd edək ki, hazırda bu vəzifəni Entoni Blinken tutur.

 

Marko Rubio 2010-cu ildə Senata (ABŞ Konqresinin yuxarı palatası) seçilib, Çin və İrana qarşı sərt mövqeyi ilə diqqət çəkib.

 

Donald Trampın Florida ştatından olan konqresmen Mayk Uolsu milli təhlükəsizlik üzrə köməkçisi təyin edəcəyi gözlənilir. ABŞ-ın yeni seçilmiş prezidenti, həmçinin keçmiş baş müşaviri Stiven Milleri Ağ Evin siyasət məsələləri üzrə müavini təyin etmək qərarına gəlib. O, miqrasiya siyasətində sərtliyi ilə seçilir.

 

Tramp ölkənin BMT-dəki daimi nümayəndəsi ilə bağlı da qərar verib və bu vəzifəyə Nümayəndələr Palatasının üzvü Eliza Stefanikə təklif edib.

 

“ABC News” kanalı bildirib ki, milyarder Elon Musk Donald Tramp administrasiyası üçün komandanın formalaşdırılmasında mühüm rol oynayır. Telekanalın məlumatına görə, iş adamı demək olar ki, hər gün Respublikaçıların Mar-a-Laqo (Florida) malikanəsində olur. Mənbələr bildiriblər ki, Mask Trump və xarici liderlər arasında ən azı iki telefon danışığında iştirak edib. İddia olunur ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə söhbəti zamanı Tramp telefonu milyarderə verib. Biznesmen Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında da iştirak edib.

 

Amerika tarixində ilk dəfə olaraq Ağ Evin aparat rəhbəri qadın olacaq. Bu vəzifəni Donald Trampın seçki qərargahının rəhbərlərindən biri, onunla birlikdə hər üç prezident kampaniyasından iştirak edən Syuzan Uayls tutacaq. İlon Mask və prezidentliyə keçmiş müstəqil namizəd Robert Kennedinin komandada iştirak edəcəyi gözlənilir.

 

Xatırladaq ki, noyabrın 13-də Tramp hakimiyyətin keçid prosesini müzakirə etmək üçün Co Baydenin dəvəti ilə Ağ Evə səfər edəcək.