ABŞ-də 2024-cü il noyabrın 5-də Respublikaçı Donald Trampın qalib gəldiyi prezident seçkilərinin nəticələri ilə bağlı Konqresin birgə iclası keçirilib.
“Apress.az” xəbər verir ki, bu haqda “The Guardian” yazıb.
Məlumata görə, Seçicilər Kollegiyasının səsləri hesablandıqdan sonra Trampın ümumilikdə 312 Seçici Kollegiyasının səsi ilə prezident seçkilərində qalib gəldiyi rəsmiləşib.
Tramp yanvarın 20-də and içəcək və bununla ABŞ-nin 47-ci prezidenti vəzifəsini icra edəcək.