Turan Özbahçeci Özbəkistan-Azərbaycan Forumunda iştirak edib – FOTOLARbackend
İqtisadiyyat
397

Turan Özbahçeci Özbəkistan-Azərbaycan Forumunda iştirak edib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistan-Azərbaycan Regionlararası Forumu başa çatıb. İqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində tanınmış iş adamı, Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin üzvü Turan Özbahceci də forumda iştirak edib.

Tanınmış iş adamı bildirib ki, Daşkənddə Heydər Əliyev meydanında ümummilli liderin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad olunub: “Tədbir çərçivəsində ticarət, investisiya, sənaye, “Araz Vadisi” İqtisadi Zonası və Ağdam sənaye parklarına, Ələt Azad İqtisadi Zonasına Özbəkistan şirkətlərinin cəlb edilməsi, rəqəmsal iqtisadiyyat və s. istiqamətlər üzrə tərəfdaşlıq üçün geniş potensialın olduğu vurğulanıb, Özbəkistan iş adamları fəal əməkdaşlığa dəvət olunub. Özbəkistanın Azərbaycanla müxtəlif istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsində maraqlı olduğu vurğulayıb, iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə həyata keçirilən məqsədyönlü tədbirləri, imzalanan sənədlərin əhəmiyyətini qeyd edilib, tərəfdaşlığın inkişafı istiqamətində fikir mübadiləsi aparılıb”.

Özbəkistanda Azərbaycanın investisiyası əsasında müxtəlif xidmət sahələrinin fəaliyyət göstərdiyini diqqətə çatdıran T.Özbahçeci səfər çərçivəsində onların fəaliyyəti ilə yaxından tanış olduqlarını diqqətə çatdırıb: “Özbəkistana səfərimiz çərçivəsində onlardan birində – “Gloria Jeans” kafesində olduq. “Özbahçeci Group”un layihələrindən olan kafenin fəaliyyəti və inkişaf perspektivləri ilə maraqlandıq. Gələcək fəaliyyət istiqamətləri ilə bağlı təkliflərimizi diqqətə çatdırdıq. Çox mühüm forum oldu və hesab edirəm ki, bu səfər Azərbaycan və Özbəkistan arasında ticari münasibətlərin inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoyacaq” – deyə Turan Özbahçeci fikrini yekunlaşdırırb.