Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı Pənçə-Kilit əməliyyat bölgəsində iştirak edən hərbçisi şəhid olub.
Apress.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Kander Babür adlı hərbçinin səhhəti oktyabrın 25-də pisləşib. O yerləşdirildiyi xəstəxanada bu gün şəhid olub.