Türkiyənin öz hərbçilərini Əfqanıstandan geri çəkməsi, ümumiyyətlə bu ölkədə siyasi-hərbi fəaliyyətinə son qoyması gözlənilmir”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O, Türkiyənin Əfqanıstandan çıxacağı təqdirdə, regional siyasətinin tənəzzülə uğraya biləcəyini vurğulayıb:
“Liviyadan başlayaraq Yaxın Şərq və Cənubi Qafqaz siyasətindən Mərkəzi Asiya siyasətinə açılım edən Ankaranın əsas hədəfi dünya nizamında yer almaqdır. Həmçinin Pakistanla siyasi-hərbi əlaqələri inkişaf etdirməsi, Ankaranın Mərkəzi Asiya və Orta Şərqdə geosiyasi mövelərini möhkəmləndirəcək. Ona görə də Türkiyənin Əfqanıstandan çıxmayacağı, hətta “Taliban”ı tanıyacağı gözləniləndir. Eyni zamanda Türkiyə Pakistan vasitəsilə “Taliban”la sıx əməkdaşlıq edərək, bu ölkədə sülhün əldə edilməsinə töhfə verə bilər”.
M.Əsədullazadənin sözlərinə görə, Türkiyənin Əfqanıstan siyasəti regional maraqlarına cavab verir:
“”Taliban” da Türkiyə ilə əməkdaşlıqda maraqlı görünür. Əfqanıstanda Pakistan və Türkiyə öz mövqeyini gücləndirəcək. Azərbaycanın sülhməramlı qüvvələrinin Əfqanıstanda fəaliyyətinə gəldikdə isə, Türkiyə ilə bu koordinasiya edilir. Görünür, Türkiyəyə bu istiqamətdə Azərbaycan dəstək verəcək”.