Türkiyənin Isparta şəhərində hərbi helikopter qəzaya düşüb.
“Apress.az” “TRT Haber”ə istinadən xəbər verir ki, helikopter şəhərin Keçiborlu bölgəsində yanacaqdoldurma məntəqəsinin yaxınlığında qəzaya uğrayıb.
Hadisə ilə bağlı digər detallar hələ açıqlanmayıb.
***
Isparta valisi Abdullah Erin qəza nəticəsində biri təlim komandiri olmaqla 5 əsgərin həlak olduğunu açıqlayıb.
Onun sözlərinə görə, təyyarənin göyərtəsində olan digər şəxslərin axtarışları davam etdirilir.
***
“TRT Haber”in verdiyi məlumata görə, hadisə iki hərbi helikopterin toqquşması nəticəsində baş verib. Nəticədə bir helikopter yerə düşüb.
Helikopterdə olan 5 hərbçi həlak olub, 1 nəfər isə itkin düşüb. Ölənlərdən birinin general İsa Baydilli olduğu açıqlanıb.
Digər helikopter isə heç bir tələfat olmadan yerə endirilib.
Helikopterlərin təlim uçuşu üçün havaya qalxdıqları bildirilir.

