Türkiyədə məskunlaşan Azərbaycan və Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı işlər davam etdiriləcək
1990-2000-ci illəri arasında Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Türkiyəyə köçmüş və hazırda heç bir hüququ statusu olmayan, o cümlədən tibbi və sosial sığortası olmayan, təhsil, notarius və s. kimi haqlardan yararlanmayan Azərbaycan vətəndaşlarının hüquqi statusunun 2021-2022-ci illərdə rəsmiləşdirilməsi nəzərdə tutulur.
Bundan əlavə, həmin şəxslərin sosial və hüquqi problemlərinin həll olunması ilə əlaqədar Azərbaycanla birlikdə işlər aparılacaq.
İşləri Türkiyə tərəfdən Xarici İşlər Nazirliyinin müvafiq idarəsi, Azərbaycan tərəfdən isə Diasporla İş üzrə Dövlət Komitəsi həyata keçirəcək. (report)