Türkiyənin nüfuzlu media orqanları Azərbaycanın Türkiyəyə yardımlarından yazırbackend
Gündəm
633

Türkiyənin nüfuzlu media orqanları Azərbaycanın Türkiyəyə yardımlarından yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin nüfuzlu media quruluşları – “Hürriyyət”, “Sabah”, “Məmləkət” qəzetləri və digər mətbuat orqanları Azərbaycan dövlətinin Kahramanmaraş və digər şəhərlərdə baş verən dağıdıcı zəlzələdən sonra Türkiyəyə göstərdiyi yardımlardan bəhs edən məqalələr yayımlayıb.

Türkiyənin dünyaca məşhur “Hüriyyət” qəzetində dərc olunan məqalədə qeyd olunur ki, ötən gün Azərbaycandan Türkiyəyə 135 tır yardım göndərilib. Məqalədə bildirilir ki, bundan öncə də 131 tır yardım göndərilib və qida və içkilərdən ibarət növbəti yardımın olduğu 26 dəmir yolu vaqonu isə sabah yola düşəcək. Zəlzələdən zərərçəkmişlərin isti geyimlərdən daha çox qida və istilik sisteminə ehtiyacı olduğunu xatırladan qəzet yazır ki, Azərbaycan Türkiyədə baş verən məlum faciədən sonra öz qardaşlıq dəstəyini əsirgməyib.

Məqalədən sitat: “Azərbaycan dövləti, Azərbaycandakı bacı-qardaşlarımız Türkiyəyə yardım məqsədilə səfərbər olunublar. Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan hökuməti, Heydər Əliyev Fondu Türkiyəyə fasiləsiz yardımlar göndərir. Bu bir daha bütün dünyaya nümayiş etdirir ki, Türkiyə və Azərbaycan xalqlarını bir-birindən ayırmaq olmaz. Biz sevincli günlərimizin də, əzablı günlərimizin də ortağıyıq” – Sitatın sonu.