“Taliban”ın Əfqanıstanda hakimiyyəti ələ almasından sonra adıçəkilən ölkədəki Türkiyə vətəndaşlarının təxliyəsi davam edir.
Publika.az “Sözcü”yə istinadla xəbər verir ki, bu gecə Əfqanıstandan havalanan təyyarə səhər saatlarında Türkiyəyə enib.
Bildirilir ki, Türk Hava Qüvvələrinin A400M tipli hərbi nəqliyyat təyyarəsi ilə Əfqanıstanın paytaxtı Kabildən Pakistanın paytaxtı İslamabada 12-si körpə olmaqla daha 271 sərnişin gətirilib.
Təhlükəsizlik tədbirləri görüldükdən sonra Türkiyə Hava Yollarına məxsus təyyarə İslamabaddan İstanbula doğru yol alıb. Təyyarə Türkiyə saatı ilə 07:55-də İstanbula eniş edib.
Həmin şəxslərin 10 gün karantində qalacaqları bildirilib.