“Ukrayna Beynəlxalq Hava Yolları” şirkəti (MAU) Kiyev-Bakı-Kiyev marşrutu üzrə reyslərin sayını artırır.
“Report” bu barədə Ukraynanın milli aviadaşıyıcısına istinadən xəbər verir.
Məlumata görə, sabahdan başlayarq hər həftənin çərşənbə axşamı günləri, iyulun 24-dən başlayaraq isə hər həftənin şənbə günləri Ukrayna paytaxtından Azərbaycan paytaxtına və geriyə əlavə aviareyslər yerinə yetiriləcək.