Ümumavropa Xocalı Aksiyası keçirilib – FOTOLARbackend
Gündəm
576

Ümumavropa Xocalı Aksiyası keçirilib – FOTOLAR 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəyanatın qəbulundan sonra Avropanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı musiqiçilər Xocalı qurbanlarının xatirəsinə rekviyem formatında konsert proqramı ilə çıxış ediblər.

Sonda tədbir iştirakçıları fləşmob keçirib və Heldenplats meydanında şamlarla “Xocalı 1992” yazısı yazıblar. Həmçinin şəhər ictimaiyyətinə Xocalı soyqırımı haqqında alman və ingilis dillərində bukletlər paylanılıb.

Vyanada keçirilən Ümumavropa Xocalı Aksiyasında müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və diaspor fəalları ilə yanaşı, Azərbaycan haqqında həqiqətlərin dünyaya çatdıran jurnalistlər, xarici ölkə vətəndaşları çıxış ediblər.

Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist, Xocalı soyqırımına həsr edilmiş “Sonsuz dəhliz” filminin ssenari müəllifi Riçardas Lapaitis, Niderlanddan təhsil eksperti Henri Van Rens, fotojurnalist Reza Deqati, Bakı-Neapol Assosiasiyasının prezidenti Cüzeppe Kanilyo, britaniyalı jurnalist və ekspert Neil Vatson beynəlxalq ictimaiyyəti Xocalı soyqırımına ədalətli münasibət göstərməyə, insanlığa qarşı ən qatı cinayətlər sırasında yer alan bu soyqırımı tanımağa çağırıblar.

Sonra Ümumavropa Xocalı Aksiyasının iştirakçıları Xocalı soyqırımına beynəlxalq hüquqla qiymət verilməsi və tanınması üçün dünya ictimaiyyətinə bəyanat qəbul ediblər.

Fevralın 26-da Vyana şəhərinin mərkəzində yerləşən Heldenplatz meydanında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş izdihamlı Ümumavropa Xocalı Aksiyası keçirilir.
AZƏRTAC xəbər verir ki, Avropadakı Azərbaycan diaspor qurumlarının təşkilatçılığı ilə keçirilən aksiyada Avropanın 31 ölkəsindən, ümumilikdə isə 74 şəhərdən soydaşlarımız, habelə Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri və xarici jurnalistlər iştirak edirlər. Aksiyada Azərbaycanla bərabər, müxtəlif ölkələrin bayraqları dalğalanır.
Tədbir Azərbaycan və Avstriyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Sonra Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canlarından keçənlərin, Xocalı soyqırımı qurbanlarının, eləcə də Türkiyədə baş vermiş dəhşətli zəlzələdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin keçirildiyi meydanda, BMT-nin bütün rəsmi dillərində, o cümlədən ingilis, alman, fransız, ispan, ərəb, çin, rus və digər dillərdə “Xocalıya ədalət!” şüarları yazılmış plakatlar asılıb. Aksiyada soydaşlarımız müxtəlif dillərdə “Xocalıya ədalət!” şüarları səsləndirib, beynəlxalq ictimaiyyətə ədalət çağırışları ediblər.

Sonra iştirakçılar müxtəlif plakatlarla Xocalı soyqırımı qurbanlarını anıblar. Əllərində “Xocalını unutma!”, “Xocalı soyqırımınlı tanıyın!”, “Qarabağ Azərbaycandır” plakatlarını tutan diaspor fəalları şəhər sakinlərinə faciə barədə məlumat verib, Xocalı qətliamı barədə məlumatların əks olunduğu bukletlər paylayıblar.
Vyanada keçirilən Ümumavropa Xocalı Aksiyası çərçivəsində Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım kampaniyası da keçirilir. Kampaniyadan əldə olunan vəsait təşkilat komitəsi tərəfindən AFAD-a köçürüləcək.