Vaksinlər sonsuzluq yaradır? – Həkimdən hamını narahat edən suala cavabbackend
Cəmiyyət
267

Vaksinlər sonsuzluq yaradır? – Həkimdən hamını narahat edən suala cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Son günlər sosial şəbəkələrdə COVİD-19 əleyhinə vaksinlərin insanlarda sonsuzluq yaratması barədə iddialar səsləndirilir.
Mövzuyla bağlı Sfera.az-a açıqlama verən həkim Cəlil Bağırov iddiaların həqiqəti əks etdirmədiyini bildirib:

“Araşdırmalar göstərir ki, vaksinin hər hansı bir xəstəlik yaratması, yaxud sonsuzluğa səbəb olması ilə bağlı səsləndirilən fikirlərin elmi əsası yoxdur. Vaksin sonsuzluq yaratmır. Bir çox hallarda vətəndaşlar məlumatsız olurlar. Belə absurd fikirlər də məhz insanların məlumatsız olmalarından qaynaqlanır”.