“Vauçerlər xatirəyə çevrilib, milyonlarla insanı aldatdılar” – VİDEObackend
Müsahibə
685

“Vauçerlər xatirəyə çevrilib, milyonlarla insanı aldatdılar” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən əsrin 90-cı illərində Sovet dövründən qalan dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı vətəndaşların haqqı olan vəsaitlərin onlara paylanması məqsədilə özəlləşdirmə çekləri paylandı. İnsanlar çekləri həm alıb-sata, həm də həmin çeklərlə özəlləşdirmə prosesində iştirak edərək müəssisələrdə pay sahibinə çevrilə bilərdilər.

Lakin əhalinin böyük hissəsinin qiymətli kağızlar bazarı ilə bağlı məlumatlılığın az olması, o zaman yanlış informasiyalarla bazarın yönəldilməsi, özəlləşdirilən müəssisələrin sonradan bağlanması, dağılması son nəticəsə çeklərin əllərdə dəyərsiz bir kağız parçasına çevrilməsinə səbəb  oldu və 2011-ci ildən etibarən müddətini başa vurdu.

Lakin əhali hələ də bu vauçerlərlə bağlı ümidini itirmir. Əllərdə kifayət qədər ciddi sayda çeklər qalmaqdadır. Bəs görəsən özəlləşdirmə çeklərinin dövriyyəsini yenidən necə təşkil etmək olar?

Məsələ ilə bağlı Apress.az-a danışan iqtisadçı alim və ekspert Xalid Kərimli video-müsahibə zamanı bu və ya digər məqamlara aydınlıq gətirib.