Ötən əsrin 90-cı illərinin sonlarında mərhum president Heydər Əliyevin sərəncamı ilə vətəndaşlara əvəzsiz özəlləşdirilmə çeklərinin verilməsinə başlanıldı. 2011-ci ildən çeklərin tədavül müddəti bitib. Yüzminlərlə vətəndaş isə hələ də çeklərini dəyərsiz qiymət kağız olaraq özündə saxlayır.
Onlardan bir qrupu Prezident İlham Əliyevə, müvafiq qurumlara və KİV-lərə müraciət edib.
Həmin müraciətin mətnini təqdim edirik:
Bu açıq məktub Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, hökumət və qeyri-hökumət təşkilatlarında olan vicdanlı hüquqşünaslara, ombudsmana, millət vəkillərinə, Nazirlər Kabineti və Prezident Aparatında çalışan səlahiyyətli şəxslərə ünvanlanır.
İnanırıq ki, Cənab Prezidentə düzgün məlumat verilərsə, özəlləşdirmədə olan çatışmazlıqlar, səhvlər və qanunsuzluqlar aradan qalxacaq, ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN TARİXİ- SİYASİ SOSİAL ƏDALƏT PRİNSİPLƏRİ bərqərar olacaq.
SİZ NƏ FİKİRLƏŞİRSİNİZ?
Əmlak Komitəsi onlara müracət edən vətəndaşlara, hətta “LEQAL.AZ” hüquq şirkətinə 2010-cu ildən sonra heç bir əsas olmadan vətəndaşların əllərində qalan özəlləşdirmə çeklərinin dövriyyədən çıxarıldığını və çeklərin dəyərini itirmiş adi kağız parçası olduğunu yazaraq bütün xalqı aldadır.
Məlum olduğu kimi, hər bir ölkənin idarəetməsi, o cümlədən sosial və iqtisadi siyasəti qəbul etdiyi qanunlarla tənzimlənir. Nazirlər Kabinetinin 2020-ci ilin yekunları barədə verdiyi məlumat bildirilir ki, özəlləşdirmə barədə Yeni Qanun lahiyəsi hazırlanır. Lakin bu gün qüvvədə olan qanunvericiliklə özəlləşdirmədə çeklərin əsas ödəmə vasitəsi olmasına baxmayaraq, hüquq ekspertləri və müvafiq şəxslər qanunvericiliyin düzgün icra edilmədiyini ölkə başçısı Cənab Prezident İlham Əliyevə çatdırmırlar. Ən böyük çətinlik bu sahədə olan hüquq və qanun pozuntuları hüquqşünasların belə qəti şəkildə başa düşməməsidir.
Dövlətin və mərhum Prezident Ulu Öndər Heydər Əliyevin Tarixi-Sosial Ədalət siyasətinə əsaslanaraq KAPİTALİZMƏ keçid üçün Azərbaycan dövlətinin ən kasıb vaxtında başqa ölkələrdə özəlləşdirmə zamanı olan ədalətsizliyi, səhvləri analiz edib və Ulu Öndər özəlləşdiriləcək bütün dövlət əmlaklarının 65%-ni qanunla infilyasiyanın qorunan Dövlət Əmlak Ekvivalenti Payı – mülkiyyət kimi ölkə vətəndaşlarına Dövlət qiymətli kağızı olan Özəlləşdirmə Çekləri ilə verib. 2010-cu ilin rəsmi məlumatlarına görə, paylanan 8 milyon əmlak paylarından istifadə edilməyən 1 milyon 600 min özəlləşdirmə çeklərindən 600 mindən azı sahibkarların adında DEPO da saxlanılır, qalan 1 milyon isə vətəndaşların əllərindədir.
Bu gün də qüvvədə olan Ulu Öndər Heydər Əliyev tərəfindən təsdiqlənmış Özəlləşdirmə Qanununun 10-cu Maddəsi ilə və bu gün də qüvvədə olan Qanununun icrası, özəlləşdirmənin həyata keçirilməsi və bu prosesdə özəlləşdiriləcək dövlət mülkiyyətinin bir hissəsinin əhaliyə əvəzsiz verilməsini təmin etmək məqsədi ilə 1996- cı ildə 450 N-li Fərmanla təsdiqlənmiş özəlləşdirmə çeklərinin tədavülünü tənzimləyən əsas sənəd olan “Özəlləşdirmə Çekləri haqqında Əsasnamə”nin ümumi müddəalarının 5-ci bəndi ilə bütün dövlət müəssisələrinin özəlləşdirilməsi dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi istifadə edilməsindən imtina etmək qadağan olunub.
Göründüyü kimi, Azərbaycan Respublikasının Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 1.5-ci bəndinin bu günə qədər saxlanılması özəlləşdirmə çeklərinin istifadəsinin zaman kəsiyində tədavülünün uzadılması adı ilə Cənab Prezidenti aldadaraq qəbul olunmuş Fərmanlarla məhdudlaşdırılması – Konstitusiya, “Normativ Hüquqi Aktlar haqqında Konstitusiya Qanunu”na, “Qiymətli Kağızlar haqqında Qanun”a, “Özəlləşdirmə Qanunu”na, Mülki Məcəllə və Beynəlxalq İnsan Hüquqlarına ziddir.
“Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2010-cu il tarixli 283 saylı Fərmanın 1.4-cü (7.2-ci bənddən “dövlət özəlləşdirmə çekləri dövriyyədən çıxarıldığı halda II Dövlət Proqramının 5.8-ci bəndinin “c” yarımbəndində nəzərdə tutulan səhmlər ixtisaslaşdırılmış pul hərracında satılır” sözləri çıxarılsın) bəndi ilə Konstitusiyanı, Konstitusiya qanunlarını, “Özəlləşdirmə Haqqında Qanun”ları, Mülki Məcəlləni və Vətəndaş-İnsan Hüquqlarını TAM POZMUŞDUR.
KOMPENSASİYA ÖDƏNİLMƏDƏN ÖZƏLLƏŞDİRMƏNİN APARILMASI CİNAYƏTDİR.
Bildiyiniz kimi, hüquq ədalətə əsaslanmalıdır. Özəlləşdirmə Paylarının “Özəlləşdirmə Qanunu”nda yazıldığı kimi banklarda girov qoymaq hüququnun pozulması və qanunla bütün çeklərə eyni dəyərdə Əmlak Payı nəzərdə tutulmasına baxmayaraq, fərmanlarla Dövət Qiymətli Kağızlarının qiymətinin tənzimlənməsi, hüquq və iqtisad ekspertlərinin səhvləri Əmlak Komitəsinin manipulyasiyasına səbəb olub. Bu günə qədər özəlləşdirmə sahəsində olan səhvləri və qanunsuzluqları aradan qaldırmağın bir yolu var. Bu, əllərdə qalmış 1 600 000 Özəlləşdirmə Payının infilyasiyadan qorunan Əmlak Ekvalenti dəyər qiyməti məlum olan Dövlət Əmlak İstiqrazları ilə əvəz edilməsidir. “Özəlləşdirmə Qanunu” və Özəlləşdirmə Çeklərinin üzərində də yazıldığı kimi “Bütün çeklərə eyni dəyərdə infilyasiyadan qorunan əmlak payı düşür” və fərmanlarla manipuliyasiya edərək qanunları pozmaq qadağandır.
Əmlak Komitəsinin bu gün də qüvvədə olan 1997-ci ildəki 222N-li əmrindən belə məlum olur ki, bir əmlak payına düşən mülkiyyətin dəyəri ən azı 2000 dollar civarında hesablanıb. İnfilyasiyanı nəzərə alsaq, dəyər dəfələrlə artmış olur (təxminən 20 000 dollar) və nəzərə alsaq ki, Qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə olmalıdır (Qanunda və çeklərin üzərində yazıldığı kimi dəyəri Çeklə özəlləşdiriləcək 65% infilyasiyadan qorunan Dövlət Əmlakından düşən mülkiyyətin 1/32 000 000 hisəsidir ), bu halda bazarda və banklarda investorlar Özəlləşdirmə Çekləri əldə etmək üçün növbəyə duracaqlar.
Ümid edirik ki, bu açıq məktubu oxuyan səlahiyyətli şəxslər Cənab Prezidentə düzgün məlumat verəcək. Bununla da vətəndaşların pozulan hüququ tezliklə bərpa olunacaq.
PS. PROBLEMLƏ ətraflı tanış olmaq istəyənlər bu Linkdəki məlumatları oxuya bilərsiz https://www.facebook.com/groups/668471343515846/permalink/1470018853361087/