Vəkillər Kollegiyasının nümayəndə heyəti Azərbaycanın Türkiyədəki səfirliyini ziyarət edibbackend
Cəmiyyət
882

Vəkillər Kollegiyasının nümayəndə heyəti Azərbaycanın Türkiyədəki səfirliyini ziyarət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın Türkiyədəki səfirliyini ziyarət edib.

Səfir Rəşad Məmmədov görüşdən məmnunluğunu ifadə edərək, Azərbaycan-Türkiyə münasibətlərinin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. O, hüquq sahəsində əməkdaşlığın vacibliyini də qeyd edərək, bu sahədə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına lazımi dəstəyi göstərəcəklərini deyib.

Anar Bağırov Türkiyəyə səfərin məqsədinin iki ölkə arasında vəkillik sahəsində əməkdaşlığı inkişaf etdirmək olduğunu deyib. O, səfər çərçivəsində Türkiyə Vəkillər Kollegiyasının sədri və eyni zamanda Türkiyənin məhkəmə hakimiyyətinin rəhbər şəxsləri ilə keçirilən görüşlər barədə məlumat verib. Bildirib ki, görüşlərdə ölkələrimiz arasında vəkillik sahəsində, ümumən məhkəmə-hüquq sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. Türkdilli dövlətlər arasında hüquq sahəsində əməkdaşlığın inkişafı üçün vahid platformanın yaradılması ilə bağlı təkliflər səsləndirilib.

Anar Bağırov həmçinin, 2023-cü il – “Heydər Əliyev İli” ilə əlaqədar olaraq Azərbaycanda müstəqil vəkilliyin yaranmasında Ulu Öndərin rolu ilə bağlı bütün türk dövlətlərindən olan vəkillərin iştirakı ilə xüsusi konfrans keçirmək arzusunda olduqlarını bildirib. O, türk dünyasının ilk hüquqşünas və ilk vəkil qadını olan Sürəyya Ağaoğlunun yubileyinin Şuşa şəhərində qeyd etmək barədə niyyətini səfirin diqqətinə çatıdırıb.

Sədr qeyd olunan təkliflərin həyata keçirilməsi istiqamətində Azərbaycanın Türkiyədəki səfirliyi ilə əməkdaşlığın vacib olduğunu bildirib.

Görüşdə maraq doğuran bir sıra məsələlərə dair fikir mübadiləsi aparılıb.

Sonda xatirə fotosu çəkilib.